
Elan haqqında
🌿 SAĞLAM GƏLƏCƏK NAMİNƏ!
Müstəqil İnkişaf Gənclər Ictimai Birliyi və AMQF-nin nəzdində fəaliyyət göstərən “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sağlam Gələcək Naminə” adlı maarifləndirici təlim keçiriləcək.
Tədbirin əsas məqsədi vərəm xəstəliyi ilə bağlı ictimai məlumatlılığın artırılması, xəstəliyin profilaktikası, erkən aşkarlanması və mübarizə yolları barədə iştirakçıların məlumatlandırılmasıdır.
Təlimdə millət vəkilləri, həkimlər, mütəxəssislər və digər qonaqların iştirakı nəzərdə tutulur.
📅 Tarix: 5 dekabr
🕑 Saat: 14:00
📍 Məkan: World Business Center (Səməd Vurğun küç.83)
İştirakçılara rəsmi sertifikat təqdim olunacaq.
📌 Qeydiyyatdan keçmək üçün:
https://forms.gle/RSPUD28mjarsSjBh8