ŞƏFFAFLIQ

Məxfilik məlumatı

Son yenilənmə: 31 oktyabr 2026

İctimai istifadə

Elanlara və məhsullara baxmaq üçün hesab tələb olunmur. Saytda ziyarətçi qeydiyyatı, şərhlər və onlayn ödəniş funksiyası yoxdur.

Əlaqə forması

Əlaqə formasına yazdığın ad, e-poçt, mövzu və mesaj saytın serverinə göndərilmir və saxlanılmır. “Mesajı göndər” düyməsini basanda bu məlumat brauzerində hazır mətnə çevrilir və komandaya yazmaq üçün WhatsApp açılır. Mesaj yalnız sən WhatsApp-da “Göndər”ə basanda komandaya çatır; bundan sonra o, WhatsApp xidmətinin qaydalarına tabedir.

Texniki məlumatlar

Sayt özü ziyarətçilər üçün kuki qoymur. Administrator girişində təhlükəsizlik üçün sessiya və CSRF kukiləri və sorğu limitləri, görünüş seçimi üçün isə brauzerin lokal yaddaşı istifadə olunur. Saytda reklam izləməsi və ziyarətçi analitikası yoxdur. Saytın öz veb-serverində giriş jurnalı aparılmır. Cloudflare və server infrastrukturunda isə təhlükəsizlik və istismar jurnalları (məsələn, IP ünvanı) ola bilər; onların saxlanması həmin xidmətlərin qaydalarına tabedir.

WhatsApp ilə sifariş

Kitab sifarişi saytda deyil, WhatsApp söhbətində aparılır. Sifariş düyməsi WhatsApp-ı məhsulun adını əks etdirən hazır mesajla açır. Mesajı göndərsəniz, adınız, nömrəniz və yazdıqlarınız komandaya və WhatsApp xidmətinə çatır; komanda bu məlumatı sifarişi dəqiqləşdirmək üçün istifadə edir. Söhbətdə kart məlumatlarını və şifrələri paylaşmayın.

Xarici keçidlər

Elanlarda göstərilən rəsmi qeydiyyat saytları, Instagram və WhatsApp keçidləri həmin xidmətlərin qaydalarına tabedir. Onların məxfilik şərtlərini ayrıca oxuyun. Həssas məlumatları əlaqə formasına göndərməyin.

Sual və müraciətlər

Məlumatların emalı, düzəldilməsi və ya silinməsi ilə bağlı suallar üçün komanda ilə əlaqə saxlayın (WhatsApp və ya Instagram vasitəsilə). Sayt SelfStart Network komandası tərəfindən idarə olunur.